...

Aİ Regional Komitəsi: Azərbaycan Konstitusiyasına dəyişikliklər insan hüquqlarının təkmilləşdirilməsinə xidmət edir (YENİLƏNİB)

Siyasət Materials 27 Sentyabr 2016 11:35 (UTC +04:00)
Referenduma çıxarılan dəyişikliklər Azərbaycanda idaerəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının təkmilləşdirilməsinə xidmət edir.
Aİ Regional Komitəsi: Azərbaycan Konstitusiyasına dəyişikliklər insan hüquqlarının təkmilləşdirilməsinə xidmət edir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Referenduma çıxarılan dəyişikliklər Azərbaycanda idaerəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının təkmilləşdirilməsinə xidmət edir.

Trend-in məlumatına görə, bunu mətbuat konframsında Avropa İttifaqı Regional Komitəsinin müşahidə missiyasının rəhbəri Paulina Hayanen deyib.

O qeyd edib ki, Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair referendumunu müşahidə etmək üçün Azərbaycana səfər edib və səsvermə prosesini izləyib. Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiyaya dəyişikliklərin məzmununu və legitimliyini araşdırıb, ümumxalq səsverməsi günü 2 dairənin 10 məntəqəsində səsvermə prosesini izləyib".

P.Hayanen deyib ki, referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib: "Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir".

O əlavə edib ki, müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi olublar: "Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndəsinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradələrini ifadə etdilər".

Missiya rəhbəri bildirib ki, səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri 1 məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular: "Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il tarixli referendum legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti