...

Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Azərbaycandakı referendum beynəlxalq standartlara uyğun keçib

Siyasət Materials 27 Sentyabr 2016 12:19 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum prosesləri beynəlxalq standartlara uyğun keçib.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Azərbaycandakı referendum beynəlxalq standartlara uyğun keçib

Bakı. Trend:

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum prosesləri beynəlxalq standartlara uyğun keçib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) müşahidə missiyasının rəhbəri, Malta Parlamentinin spikeri Ancelo Farruca deyib.

O qeyd edib ki, bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilib: "Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb".

A.Farruca bildirib ki, ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıblar: "Referendum günü ölkə boyu dinc keçib, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı".

Onun sözlərinə görə, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb: "Səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi".

Missiya rəhbəri əlavə edib ki, referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənib: "Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilib. Seçicilər qeyd ediblər ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiçəsi, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti