...

MSK sədri: Şübhə doğuran nəticələr ləğv oluna bilər

Siyasət Materials 27 Sentyabr 2016 14:57 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendumla bağlı şübhə doğuran nəticələr ləğv oluna bilər.
MSK sədri: Şübhə doğuran nəticələr ləğv oluna bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendumla bağlı şübhə doğuran nəticələr ləğv oluna bilər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov referendumun nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, nəticələrə zərrə qədər şübhə yaransa, haradasa nəticələr yekun nəticələrə təsir etsə, orada nəticələr ləğv olunacaq: "Hətta təsir etməsə belə, biz o komissiyaları buraxacağıq. Hansısa sənəddə diqqətsizlik hiss etsək, yenə də cəzalandıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti