...

Prezident İlham Əliyev İsrail prezidentinə başsağlığı verib

Siyasət Materials 28 Sentyabr 2016 14:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə başsağlığı verib.
Prezident İlham Əliyev İsrail prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Reuven Rivlinə başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir: "İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti