...

Elmar Məmmədyarov Cibutinin müdafiə naziri ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2016 18:20 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Cibutinin müdafiə naziri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunu və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Ə.H.Bahdon "ADEX 2016" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycandan olan tərəf müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini nəzərə çatdırıb.

Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti