...

XİN rəhbəri Azərbaycanda diplomatik missiyasını başa vuran Türkmənistan səfiri ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2016 19:26 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib.
XİN rəhbəri Azərbaycanda diplomatik missiyasını başa vuran Türkmənistan səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir T.Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E.Məmmədyarov səfir T.Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti