...

Allahşükür Paşazadə: Avropada insamafobiya və ksenefobiya meyilləri kəskinləşir

Siyasət Materials 29 Sentyabr 2016 12:19 (UTC +04:00)
Avropada insamafobiya və ksenefobiya meyilləri kəskinləşir.
Allahşükür Paşazadə: Avropada insamafobiya və ksenefobiya meyilləri kəskinləşir

Bakı. Elçin Mehdiyev - Trend:

“Avropada insamafobiya və ksenefobiya meyilləri kəskinləşir. Biz bu halları sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, radikalizm və ekstremizmə təkan verən amil, millətlərarası və dinlərarası dialoqa olan ciddi zərbə və bəşəri fəlakət kimi dəyərləndiririk”.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda çıxışı zaman deyib.

A.Paşazadə bildirib ki, bu problemlərin həllində, habelə terrorizm, islamafobiya, ekstremizim və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı vacibdir.

A.Paşazadə əlavə edib ki, müasir dövrdə dünyada milli və dini zəmində baş verən münaqişələrin qarşısını almaq üçün Azərbaycanın uğurlu birgə yaşayış modelindən istifadə etmək məqsədəuyğun olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti