...

Pan Gi Mun: Bakı Beynəlxalq Humanitar Forumu vacib meydançaya çevrilib

Siyasət Materials 29 Sentyabr 2016 13:04 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoq, tolerantlıq və millətlər arasında anlayışın inkişafına xidmət edən geniş spektr məsələlər üzrə fikir mübadiləsi üçün vacib meydançadır.
Pan Gi Mun: Bakı Beynəlxalq Humanitar Forumu vacib meydançaya çevrilib

Bakı. Seymur Əliyev - Trend:

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoq, tolerantlıq və millətlər arasında anlayışın inkişafına xidmət edən geniş spektr məsələlər üzrə fikir mübadiləsi üçün vacib meydançadır. Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətində deyilir.

Məktubda qeyd edilir ki, bu il forum Azərbaycan üçün xüsusi xarakter daşıyır, çünki ölkə müstəqilliyinin 25 illiyini qeyd edir: "Bu müddət ərzində Azərbaycan çox şeyə nail olub".

Müraciətdə deyilir ki, 1991-ci ildən Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf müşahidə olunur: “Azərbaycanın inkişafı ölkəyə Avrasiyada, Avropada və Yaxın Şərqdə humanitar məsələlərə artan diqqətlə mühüm rol oynamağa yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti