...

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 29 Sentyabr 2016 15:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Bakıya hər səfərinin, xüsusilə çoxlu sayda görkəmli insanların toplaşdığı Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının onun üçün əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyevin Forumdakı açılış nitqinə toxunan Anatoli Torkunov dövlətimizin başçısının bu çıxışında deyilən fikirlərin böyük əhəmiyyət daşıdığını və müzakirələrin daha maraqlı keçməsinə yaxşı imkan yaratdığını dedi. O, Forumun ayrı-ayrı plenar iclaslarında və dəyirmi masalarda aparılacaq müzakirələrin səmərəli olacağına ümidvar olduğunu bildirdi. Anatoli Torkunov Rusiya nümayəndələrinin Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərdiklərini dedi.

Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda konkret məsələlər üzrə qızğın müzakirələrin aparılmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı dünyanın elmi və siyasi elitasının Forumda bir araya toplanılmasının və dünyada humanitar sahədə mövcud olan boşluğun doldurulması baxımından Bakı Beynəlxalq Humanitar Forumunu unikal beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirdi. Avropada humanitar məsələlərə əsasən miqrantların problemi nöqteyi nəzərindən baxıldığını vurğulayan Prezident İlham Əliyev bu problemləri doğuran səbəblərin müəyyənləşdirilməsinin və diqqətdə saxlanılmasının vacibliyini bildirdi. Dövlətimizin başçısı bu kimi məsələlərin açıq müzakirə edilməsi baxımdan Bakı Beynəlxalq Humanitar Forumunun yaxşı imkan yaratdığını və cəlbedici olduğunu dedi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hər il olduğu kimi bu il də forum iştirakçılarına təbrik göndərməsinin vacibliyini xüsusi vurğulayaraq Azərbaycanın və Rusiyanın Bakı Beynəlxalq Humanitar Forumunun həmtəsisçiləri olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi bildirildi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığın bu işə böyük töhfə verdiyi qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti