...

İlham Əliyev İsrailin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib (YENİLƏNİB)

Siyasət Materials 29 Sentyabr 2016 17:11 (UTC +04:00)
Prezident İlham Əliyev İsrailin ölkəmizdəki səfirliyində olub, keçmiş Prezident Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
İlham Əliyev İsrailin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezident İlham Əliyev sentyabrın 29-da İsrail Dövlətinin ölkəmizdəki səfirliyində olub.

Prezident İlham Əliyev İsrail Dövlətinin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlətimizin başçısı İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə söhbət edib və ona başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti