...

Qaçqınların yaşayış şəraiti Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir

Siyasət Materials 30 Sentyabr 2016 11:56 (UTC +04:00)
Qaçqınların yaşayış şəraiti Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir.
Qaçqınların yaşayış şəraiti Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir

Bakı. Yelena Kosolapova – Trend:

Qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumunda deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı 700 təhsil müəssisəsi dağıdılıb: “Ermənistan tərəfi atəşkəs rejimini mütəmadi pozur, o cümlədən məktəblər atəşə məruz qalır, azərbaycanlı şagirdlər atəşin qurbanı olurlar”.

Təhsil naziri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın sözlərini xatırladaraq qeyd edib: “O deyirdi ki, azərbaycanlılar və ermənilər etnik baxımdan bir araya sığmır. Bu, Ermənistan rəhbərliyinin qeyri-tolerantlığının parlaq nümunəsidir”.

M.Cabbarov əlavə edib ki, Azərbaycanda 2016-cı il Multikulturalizm ili elan edilib: “Azərbaycanda bir çox xalqlar bir yerdə yaşayırlar, antisemitizm, dini dözümsüzlüyə yer yoxdur. Ölkədə bir neçə dildən - Azərbaycan, rus, ingilis, türk dillərindən fəal istifadə olunur. Multikulturalizmin Azərbaycan modeli bir çox beynəlxalq təşkilatlar, forumlara nümunə sayılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti