...

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Siyasət Materials 30 Sentyabr 2016 18:13 (UTC +04:00)
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Mən Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verirəm. Dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə dinamik inkişafı məmnunluq doğurur. Birgə səylərimizlə uğurla həyata keçirdiyimiz Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi isə münasibətlərimizə xüsusi xarakter verir.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, qarşılıqlı faydalı əməkdaşlığın və mədəni mübadilələrin möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti