...

Prezident İlham Əliyev Koreya Prezidentini təbrik edib

Siyasət Materials 1 Oktyabr 2016 18:13 (UTC +04:00)
Prezident İlham Əliyev Koreya Prezidenti Pak Kın Heyə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Koreya Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Koreya Prezidenti Pak Kın Heyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti