...

Azay Quliyev: Referendumun nəticələri böyük islahatların başlanğıcıdır

Siyasət Materials 2 Oktyabr 2016 08:14 (UTC +04:00)
ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam etdirib
Azay Quliyev: Referendumun nəticələri böyük islahatların başlanğıcıdır

Bakı. Trend:

ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam etdirib.

Trend-in ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.

Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikilər xalqımızın maraqlarına tam cavab verir: "Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.

Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA –nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli , demokratik və legitim hesab etmişdir. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti