...

Nazir: Nursultan Nazarbayevin prinsipial mövqeyi Dağlıq Qarabağda istehsal olunan məhsulların ixracını əngəlləyib

Siyasət Materials 6 Oktyabr 2016 11:30 (UTC +04:00)
Nursultan Nazarbayevin prinsipial mövqeyi Dağlıq Qarabağda istehsal olunan məhsulların ixracını əngəlləyib
Nazir: Nursultan Nazarbayevin prinsipial mövqeyi Dağlıq Qarabağda istehsal olunan məhsulların ixracını əngəlləyib

Bakı. Trend:

Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilən xarici siyasət kursunda Qazaxıstanla siyasi münasibətlərə xüsusi önəm verilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev rəsmi mətbuata müsahibəsində deyib.

Nazir bildirib ki, bu gün qətiyyətlə demək olar ki, siyasi sahədə digər Xəzəryanı dövlətlərlə müqayisədə ən sabit diplomatik münasibətlər məhz Qazaxıstanla mövcuddur və Azərbaycan üçün həlledici, prioritet kəsb edən məsələlərdə rəsmi Astana rəsmi Bakı ilə həmişə həmrəylik nümayiş etdirib.

“Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməklə qalmır, həm də Nursultan Nazarbayevin şəxsində ölkələr arasında uğurlu barışdırıcı missiyasını bu ağrılı problemin nizamlanmasında da sınaqdan keçirməkdə maraqlı görünür. Yada salaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü zamanı irəli sürülən bu üzvlüyün Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməsi şərtinin müəllifi də məhz Nursultan Nazarbayevdir. Bu quruma üzv ölkələrin dövlət başçılarının 29 may 2014-cü il tarixində Moskvada keçirilmiş sammitində onun nümayiş etdirdiyi bu prinsipial mövqe Dağlıq Qarabağda istehsal olunan məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracının əngəllənməsi yolunda çox mühüm bir addım olub. Bu mövqe bizə Azərbaycan-Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu yaxınlarda keçirilən 13-cü iclasının Protokoluna da belə bir müddəanın daxil edilməsinə imkan yaratmışdır. Həmin müddəada qeyd edilir ki, Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istənilən məhsulun satışı, ixracı və idxalına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətlə məşğul olmasına imkan verilməməsini Azərbaycan Qazaxıstandan xahiş edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti