...

Nazarbayevin Azərbaycana səfəri onun səhhətindən asılı olacaq

Siyasət Materials 11 Oktyabr 2016 13:59 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə tutulmuş səfəri dövlət başçısının səhhətindən asılı olacaq.
Nazarbayevin Azərbaycana səfəri onun səhhətindən asılı olacaq

Bakı. Yelena Kosolapova – Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə tutulmuş səfəri dövlət başçısının səhhətindən asılı olacaq.

Bunu Trend-ə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən deyiblər ki, bütün məsul xidmətlər N.Nazarbayevin Bakıya səfərinə hazırdır: "Əgər dövlət başçısı özünü yaxşı hiss etsə, o, planlaşdırıldığı kimi, Bakıya gələcək. Əks halda sabahkı səfər ləğv oluna bilər".

N.Nazarbayev soyuqladığı üçün həkim nəzarətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti