...

NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

Siyasət Materials 11 Oktyabr 2016 17:38 (UTC +04:00)
NATO növbəti il Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni "Sülh naminə Əməkdaşlıq" proqramını hazırlayır
NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO növbəti il Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni "Sülh naminə əməkdaşlıq" proqramını hazırlayır.

Bunu Trend-ə NATO-nun Brüsseldəki mətbuat xidmətindən deyiblər. Alyansın ofisindən qeyd ediblər ki, Azərbaycan NATO-nun əhəmiyyətli və qiymətli tərəfdaşıdır.

NATO ofisindən deyiblər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyətə malikdir, həmçinin regionda sülhün və sabitliyin saxlanılmasında xüsusi rol oynayır: "NATO və Azərbaycan arasında əməkdaşlıq yalnız silahlı qüvvələrin müasirləşdirilməsi ilə məhdudlaşdırılmır, tərəflər arasında partnyorluq müdafiə islahatlarına, demokratik institutların və səmərəli idarəetmə strukturlarının qurulmasına da yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti