...

Klintonun prezidentliyi Azərbaycanla sıx münasibətlərin qurulmasında daha səmərəli olardı

Siyasət Materials 12 Oktyabr 2016 14:27 (UTC +04:00)
ABŞ prezidentliyinə namizəd Hillari Klinton Azərbaycanla sıx münasibətlərin qurulmasında şübhəsiz ki, daha səmərəli olardı.
Klintonun prezidentliyi Azərbaycanla sıx münasibətlərin qurulmasında daha səmərəli olardı

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Azərbaycanla sıx münasibətlərin qurulmasında şübhəsiz ki, daha səmərəli olardı.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, H.Klinton Cənubi Qafqazda ABŞ və alyans ölkələrinin maraqlarını daha yaxşı irəli apara bilər: "Klinton regionun strateji mənzərəsi haqqında tam biliklərə malikdir".

M.Brayza narahatlığını bildirib ki, Donald Trampın mümkün prezidentliyi nəinki Cənubi Qafqazda, həm də bir çox digər bölgələrdə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti