...

Malena Mard: Aİ Azərbaycanla dialoqun davam etdirilməsinə ümid edir

Siyasət Materials 13 Oktyabr 2016 17:04 (UTC +04:00)
Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ticarət və iqtisadi məsələlər üzrə alt komitələrin 3 iclası keçirilib, 4-cü iclas isə sabahdır.
Malena Mard: Aİ Azərbaycanla dialoqun davam etdirilməsinə ümid edir

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu gün Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ticarət və iqtisadi məsələlər üzrə alt komitələrin 3 iclası keçirilib, 4-cü iclas isə sabahdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu iclaslar azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparmağa imkan verir.

Diplomat qeyd edib ki, tərəflər alt komitələr çərçivəsində dialoqu bərpa ediblər: "Mən əminəm ki, müxtəlif sahələrdə konkret nəticələr əldə edəcəyik. İlin sonuna qədər energetika üzrə alt komitənin iclasının keçirilməsinə ümid edirik".

Avropa İttifaqı və Azərbaycan arasında danışıqların aparılması üçün yeni hüquqi çərçivələrə gəlincə, xanım M.Mardın sözlərinə görə, bunun üçün Aİ-nin bütün üzv ölkələrinin qərarı gözlənilir: "Bundan sonra yaxın vaxtlarda danışıqlara başlamaq olar. Danışıqlar Brüsseldə davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti