...

Azərbaycan və Polşa əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 14 Oktyabr 2016 14:33 (UTC +04:00)
Azərbaycan və Polşa Varşavada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası çərçivəsində gələcək əməkdaşlığı müzakirə edəcəklər.
Azərbaycan və Polşa əməkdaşlığı müzakirə edəcəklər

Bakı. Yelena Kosolapova – Trend:

Azərbaycan və Polşa Varşavada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası çərçivəsində gələcək əməkdaşlığı müzakirə edəcəklər. Bunu Trend-ə Polşanın Bakıdakı səfiri Marek Tsalka deyib.

Onun sözlərinə görə, komissiyanın iclası dekabrın 20-na planlaşdırılıb.

Səfir bildirib ki, 2015-ci ilin sonunda Polşada hökumət dəyişikliyindən sonra iclas zamanı tərəflər əməkdaşlığın gələcək gündəliyini müzakirə edəcəklər.

Diplomatın sözlərinə görə, Azərbaycan rəhbərliyi və Polşa arasında hökumətlərarası komissiyanın iclasının gedişatında gələcək görüşlərin təşkilini müzakirə etmək planlaşdırılır: "Tezliklə Polşa xarici işlər nazirinin iki müavininin Bakıya səfəri planlaşdırılır. Səfərlərin tarixi razılaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti