...

Aİ Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək

Siyasət Materials 18 Oktyabr 2016 18:00 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ölkənin müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir.
Aİ Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) ölkənin müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir. Trend-in xəbərinə görə, bu barədə Aİ-nin yaydığı məlumatda deyilir.

Bəyanatda bildirilir: "Azərbaycan bu illər ərzində sürətli inkişaf nümayiş etdirib və Aİ Azərbaycan xalqının tərəqqisi naminə güclü demokratik təsisatların inkişafına, qanunun aliliyinə, iqtisadi inkişafa dəstək məqsədi ilə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək. Bu il Aİ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 25 il keçir. Aİ tərəflər arasında bütün istiqamətlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini və yeni strateji saziş üzrə danışıqların başlanmasını səbirsizliklə gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti