...

Azərbaycan Avstraliya ilə aqrar və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir (FOTO)

Siyasət Materials 20 Oktyabr 2016 12:57 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın hərbi memorialını ziyarət edib və əklil qoyublar.
Azərbaycan Avstraliya ilə aqrar və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın hərbi memorialını ziyarət edib və əklil qoyublar.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan tərəfindən Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Sonra nümayəndə heyəti Türk Cümhuriyyətinin qurucusu Atatürkün xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Həmin gün nümayəndə heyəti Avstraliyanın ticarət və investisiya naziri Stiv Çiobo ilə görüş keçirib. Görüşdə çıxış edən millət vəkili X.Fətiyev parlamentlərarası dostluq qrupu tərəfindən iki ölkə arasında biznes inkişafı üçün bütün lazımi köməyi göstərməyə hazır olduqlarını qeyd edib.

Millət vəkili iki ölkənin iqtisadiyyat nazirliklərinin vasitəsilə Avstraliya Azərbaycan ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. O qeyd edib ki, Avstraliya iş adamları Azərbaycanda onlara maraqlı olan investisiya layihələri ilə tanış ola bilərlər. Avstraliya hökuməti öz növbəsində Azərbaycan iş adamları üçün ölkənin şimali hissəsində olan geniş investisiya layihələrinin təqdimatını keçirə bilər.

S.Çiobo qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində Avstraliya ticarət komissiyası böyük töhfə verə bilər. O, Avstraliya Azərbaycan arasinda perspektiv olan sahələri kimi kənd təsərrüfatı, qida məhsullarının istehsalı, qarşılıqlı investisiyaları, nəqliyyatı göstərib.

Avstraliya İmmiqrasiya və sərhəd nazirinin müavini Aleks Hovkla görüşdə viza rejimi, tələbələr mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunun. Azərbaycanın ADA universiteti haqqında ətraflı məlumat verilib və bu təhsil müəssisəsi ilə əməkdaşlığa Avstraliya tərəfindən böyük maraq göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti