...

Lukaşenko: II Avropa Oyunlarını keçirəcək Minsk Bakının təcrübəsindən yararlanacaq (YENİLƏNİB)

Siyasət Materials 21 Oktyabr 2016 13:04 (UTC +04:00)
Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır.
Lukaşenko: II Avropa Oyunlarını keçirəcək Minsk Bakının təcrübəsindən yararlanacaq (YENİLƏNİB)

Bakı.

Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır.

Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.

A.Lukaşenko qeyd edib: "Sizin təcrübəniz bizim üçün çox vacibdir".

Prezident əlavə edib ki, bu məsələdə Azərbaycanı ötüb keçmək mümkün deyil: "Azərbaycan Prezidenti İlham Əliyev belə planka müəyyən edib".

Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin Minskdə keçirilən 45-ci Baş Assambleyasında Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi etməsinə dair qərar verilib.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti