...

Britaniya Baş nazirinin elçisi Azərbaycana səfər edəcək

Siyasət Materials 25 Oktyabr 2016 16:14 (UTC +04:00)
Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın sonunda Azərbaycana səfər edəcək.
Britaniya Baş nazirinin elçisi Azərbaycana səfər edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın sonunda Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Kroft deyib.

Səfirin sözlərinə görə, heyətin tərkibinə Britaniyanın təqribən 20 şirkətini təmsil edən nümayəndələr daxil olacaq.

Diplomat əlavə edib ki, Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının ikinci iclası gələn il Azərbaycanda keçiriləcək.

K.Kroft ilk iclasın bu il Londonda keçirildiyini də xatırladıb: "Azərbaycan hökuməti ilə Böyük Britaniya yaxından əməkdaşlıq edir, müxtəlif görüşlər təşkil edilir. Dövlətlərarası komissiyanın növbəti görüşü isə gələn il Azərbaycanda baş tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti