...

Prezident: Azərbaycan-Xorvatiya əlaqələri Avrasiyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək

Siyasət Materials 25 Oktyabr 2016 17:22 (UTC +04:00)
Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.
Prezident: Azərbaycan-Xorvatiya əlaqələri Avrasiyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək

Bakı. Trend:

Azərbaycan-Xorvatiya münasibətləri Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Dövlət başçısı Azərbaycan və Xorvatiya arasında çox gözəl siyasi əməkdaşlığın olduğunu bildirib: "Bizim çox gözəl siyasi əməkdaşlığımız var. Heç bir açıq qalan məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqında və NATO-da Xorvatiya Sizin dostunuz və tərəfdaşınız olaraq qalacaqdır. Ümid edirəm ki, tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin müzakirəsi başa çatacaqdır. Ümidvaram ki, bizim Zaqrebdə imzaladığımız strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə də buna təkan verəcək. Bildiyiniz kimi, mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü var – Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsi. Biz görürük ki, iqtisadi əməkdaşlığımız neftin qiymətindən və ya Azərbaycanın sifariş etdiyi gəmi bərələrin sayından asılı olur. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq.

Mən çox şadam ki, bu gün burada böyük sayda iş adamları iştirak edir. Məni Azərbaycana rəsmi səfərimdə 50-dən artıq xorvat şirkətinin nümayəndəsi müşayiət edir. Bunlar olduqca təcrübəli şirkətlərdir. Xorvatiyada son 6 ildə müşahidə edilən tənəzzüldən sonra bizim iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub. Bizim ümumi daxili məhsulumuzun həcmi artır və həmin prosesə məhz bu şirkətlər öz töhfələrini vermişlər. Bu gün bu şirkətlər həm Avropada, həm də qlobal bazarda bizim iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Mənim məqsədim məhz orta və kiçik şirkətlərimizin iqtisadi artımın generatoruna, aparıcı qüvvəsinə çevrilməsidir ki, onlar da bizim Azərbaycan ilə əlaqələrimizə əlavə töhfə verə bilsinlər".

K.Qrabar-Kitaroviç əlavə edib: "Bildiyiniz kimi, bir neçə gün bundan öncə Xorvatiyada yeni hökumət formalaşıb. Bu, iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühitin yaradılması istiqamətində olduqca iddialı bir hökumətdir. Biz ölkələrimiz arasında müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verməliyik. İlk iclasın keçirilməsi üçün lazımi işlər görülməlidir. Həmin komissiya da ölkələrimizin biznes dairələri arasında əməkdaşlığı genişləndirəcəkdir. Ümidvaram ki, bizim burada ticarət nümayəndəliyimiz də tezliklə tamhüquqlu səfirlik statusu əldə edəcəkdir. Biz çalışacağıq ki, səfirliyimiz burada daha fəal olsun. Cənab Prezident, biz siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər regionda, daha geniş regionda - Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək".

Xanım Prezident deyib ki, Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir və bu sahəyə diqqəti yönəltməyə davam edəcək: "Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də Cənubi-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi layihəsi, Krk şəhərində maye qaz terminalının inşası – bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin bizimlə əməkdaşlıq etmələri üçün gözəl imkandır.

Mənim bu səhər sizin neft-qaz şirkətiniz SOCAR-ın rəhbəri ilə də faydalı görüşüm oldu. Digər sahələrdə də insanlar arasında təmaslar baxımından maraqlı layihələrı var. Cənab Prezident, Siz artıq bunu vurğuladınız. Mən gəmiqayırma sahəsini vurğulamaq istərdim. Yəni, burada böyük gəmi bərələrdən söhbət getmir. Olduqca kiçik həcmli, mobil kater və gəmilərdən söhbət gedir. Onlar regional təhlükəsizlik baxımından çox əhəmiyyətli ola bilərlər. Biz artıq mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrini qeyd etdik. Bizim qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var və digər sahələri də qeyd etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti