...

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO)

Siyasət Materials 27 Oktyabr 2016 12:33 (UTC +04:00)
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO)

Bakı. Trend:

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti