...

Ə.Əhmədov: Azərbaycan İsveçrə ilə ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır

Siyasət Materials 28 Oktyabr 2016 16:25 (UTC +04:00)
Bu gün Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov İsveçrənin Azərbaycandakı səfiri Filip Stalderi Nazirlər Kabinetində qəbul edib.
Ə.Əhmədov: Azərbaycan İsveçrə ilə ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır

Bakı. Trend:

Bu gün Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov İsveçrənin Azərbaycandakı səfiri Filip Stalderi Nazirlər Kabinetində qəbul edib.

Ə.Əhmədov Azərbaycanın İsveçrə ilə ikitərəfli əlaqələrinin bütün sahələr üzrə dərinləşməsində maraqlı olduğunu bildirib və bu əlaqələrin qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini qeyd edib.

Ə.Əhmədov iki ölkə arasında iqtisadi, humanitar sahələrdə əsaslı iş birliyinin mövcudluğunu vurğulayıb, ticari-iqtisadi münasibətlərin yüksək templə inkişafından məmnunluğunu ifadə edib və bu əlaqələrin durmadan inkişaf etdirilməsinin əməkdaşlığımıza xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycanın inkişafının onda yaxşı təəssürat yaratdığını qeyd edən səfir F.Stalder dövlətlərimiz arasında əlaqələrin hazırki durumunu yüksək qiymətləndirdiyini, ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv olduğunu və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulayıb. Qonaq enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərən İsveçrə şirkətləri üçün yaradılmış əlverişli şəraitin bu münasibətləri yeni müstəviyə çatdırdığını bildirib.

F.Stalder yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsində Davos İqtisadi Forumunun vacib platforma kimi xüsusi rolunu vurğulayaraq, bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyevin isveçrəli rəsmilərlə keçirdiyi mütəmadi ikitərəfli görüşlərin ölkələrimiz arasındakı siyasi dialoqun davamlılığı və fəallığı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti