...

Azərbaycan və Keniyanı hansı maraqlar birləşdirir?

Siyasət Materials 31 Oktyabr 2016 12:53 (UTC +04:00)
Azərbaycanın Efiopiyadakı səfiri, həmçinin Keniyada akkreditasiya olunmuş Elman Abdullayev iki ölkə arasında ticarət və iş əlaqələrinin möhkəmləndirilməsində ölkələrin qərarlı olduğunu bildirib.
Azərbaycan və Keniyanı hansı maraqlar birləşdirir?

Bakı. Elmira Tarıverdiyeva - Trend:

Azərbaycanın Efiopiyadakı səfiri, həmçinin Keniyada akkreditasiya olunmuş Elman Abdullayev iki ölkə arasında ticarət və iş əlaqələrinin möhkəmləndirilməsində ölkələrin qərarlı olduğunu bildirib. Bu barədə investmentnews.co.ke.saytında yer alan məqalədə qeyd olunub.

Səfir Azərbaycan məhsullarının ixrac olunması üçün Keniya bazarını tədqiq etməyə hazır olduqlarını bildirib: "Bunun üçün biz ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsi üçün tədbirlərin keçirilməsini planlaşdırırıq".

E.Abdullayev qeyd edib ki, Azərbaycan Keniyada istehsal olunan xammal və kənd təsərrüfatı məhsullarının idxal olunmasında maraqlıdır. O, Keniyanın dünyada ən iri çay və qəhvə istehsalçılarından biri olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Keniya arasında planlaşdırılan təbdirlər arasında bir sıra işgüzar görüşlər və ticarət missiyalarının təşkil olunması yer alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında mal dövriyyəsi 617,79 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti