...

Səfir: Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu

Siyasət Materials 31 Oktyabr 2016 20:39 (UTC +04:00)
Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu.
Səfir: Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu.

Trend-in məlumatına görə, bunu "15 iyul Xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O, qeyd edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.

Səfirin sözlərinə görə, 15 iyul hadislərindən Türkiyə ilə yanaşı digər ölkələr də dərs götürməlidir.

Diplomat qeyd edib ki, çevriliş cəhdlərinin təkrarlanmaması üçün birlik və bərabərlik vacib amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti