...

ATƏT seçkilərlə bağlı uğurlu təcrübələri müzakirə edəcək

Siyasət Materials 2 Noyabr 2016 12:29 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriyada rəsmi səfərdədir.
ATƏT seçkilərlə bağlı uğurlu təcrübələri müzakirə edəcək

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriyada rəsmi səfərdədir.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbir seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti