...

GUAM Parlament Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 2 Noyabr 2016 13:52 (UTC +04:00)
GUAM Parlament Assambleyasının növbəti iclası dekabr ayında Bakıda keçiriləcək.
GUAM Parlament Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Bakı. Səba Ağayev - Trend:

GUAM – Demokratiya və İqtsadi İnkişaf naminə Təşkilatı Parlament Assambleyasının növbəti iclası dekabr ayında Bakıda keçiriləcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyində GUAM-a üzv dövlətlərin Avropaya inteqrasiyası proseslərinin müzakirəsi yer alacaq.

Gündəliyə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, çoxtərəfli parlament əməkdaşlığının regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, GUAM regionunun enerji potensialı və digər məsələlər daxil edilib.

İclasın keçirilmə tarixi müəyyənləşdirilməyib.

İclasda təşkilata üzv dövlətlər – Azərbaycan, Gürcüstan, Moldova, Ukraynadan əlavə, qonaq qismində Baltik Assambleyası, Vışeqrad qrupu və TürkPA nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti