...

Azərbaycan Əfqanıstan üçün Avropaya qapı ola bilər (ÖZƏL)

Siyasət Materials 3 Noyabr 2016 10:43 (UTC +04:00)
Bakıda "Lapis lazuli" tranzit dəhlizi üzrə 4-cü texniki görüş keçiriləcək.
Azərbaycan Əfqanıstan üçün Avropaya qapı ola bilər (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda "Lapis lazuli" tranzit dəhlizi üzrə 4-cü texniki görüş keçiriləcək.

Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

15-16 noyabrda keçiriləcək görüşdə Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və Azərbaycandan ekspertlər səviyyəsində nümayəndə heyətləri iştirak edəcək.

Qeyd edək ki, "Lapis lazuli" Əfqanıstandan Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Nəqliyyat dəhlizi Türkiyənin magistral yolları ilə də birləşəcək.

Xatırladaq ki, ekspertlər səviyyəsində ötən görüş İstabulda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti