...

Azərbaycan və Böyük Britaniya enerji əməkdaşlığını müzakirə edəcək

Siyasət Materials 3 Noyabr 2016 13:48 (UTC +04:00)
Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolsonun səfəri zamanı iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq
Azərbaycan və Böyük Britaniya enerji əməkdaşlığını müzakirə edəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və Böyük Britaniya energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolsonun Azərbaycana səfəri zamanı bu məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın “British Petroleum” (BP) şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi, neft və qaz sahəsində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Baronessa Nikolsonun Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfər bu il noyabrın 28-dən dekabrın 1-dək baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti