...

Aİ nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir

Siyasət Materials 7 Noyabr 2016 16:43 (UTC +04:00)
Aİ və Azərbaycan arasında energetika və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərinin davamlı şəkildə müzakirə olunması vacibdir.
Aİ nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir. Trend-in məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard deyib: “Aİ və Azərbaycan arasında energetika və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərinin davamlı şəkildə müzakirə olunması vacibdir. Biz dəmir yolları, limanlar və nəqliyyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş müzakirələr aparmaq istərdik".

Onun sözlərinə görə, bütün bu məsələlər dekabr ayında keçirilən Azərbaycan və Aİ arasında energetika üzrə alt komitənin iclasında müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti