...

İran Teleradio Təşkilatının rəhbəri Azərbaycana səfər edəcək (FOTO)

Siyasət Materials 8 Noyabr 2016 12:31 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Milli Televiziya və Radio Şurasının sədri Nuşirvan Məhərrəmli ilə görüş keçirib.
İran Teleradio Təşkilatının rəhbəri Azərbaycana səfər edəcək (FOTO)

Bakı. Fərhad Daneşvər - Trend:

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan radiosunun 90 və televiziyasının 60 illik yubileyi ilə əlaqədar keçirilən görüşdə C.Cahangirzadə İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Əmir Kərəmini MTRŞ sədri ilə tanış edib.

Görüşdə iki ölkə arasında teleradio sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Görüş zamanı İran Teleradio Təşkilatının rəhbəri Əbdül Əli Əsgərini Bakıya səfəri də müzakirə olunub. Bildirilib ki, Ə.Əsgəri 2017-ci ilin yazında Bakıya səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti