...

Kamil Səlimov: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl etmək lazımdır

Siyasət Materials 8 Noyabr 2016 13:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında beynəlxalq hüquq normalarına əməl etmək lazımdır.
Kamil Səlimov: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl etmək lazımdır

Bakı, Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında beynəlxalq hüquq normalarına əməl etmək lazımdır. Trend-in məlumatına görə, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda bu gün Bakıda keçirilən konfransda hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib.

K.Səlimov bildirib ki, biz keçmişdə qalan problemlərin müzakirəsini dayandırıb konkret gələcək planlar barədə düşünməliyik.

Onun sözlərinə görə, münaqişənin nizamlanmasında beynəlxalq təşkilatlaırın fəaliyyəti heç bir nəticə verməyib.

Danışıqlar prosesinin hələ 1991-ci ildə başladığını deyən K.Səlimov ATƏT-in Minsk qrupunun da heç bir nəticə əldə etmədiyini bildirib:

“Münaqişə ilə bir sıra beynəlxalq təşkilatlar məşğul olur və hər biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti