...

Səfir: ABŞ-ın xarici siyasətinin necə dəyişəcəyini söyləmək hələ ki tezdir

Siyasət Materials 9 Noyabr 2016 08:45 (UTC +04:00)
ABŞ-ın Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqqda danışmaq hələ ki tezdir, seçkilərin nəticələrini gözləmək lazımdır
Səfir: ABŞ-ın xarici siyasətinin necə dəyişəcəyini söyləmək hələ ki tezdir

Bakı. Trend:

ABŞ-ın Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqqda danışmaq hələ ki tezdir, seçkilərin nəticələrini gözləmək lazımdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

"Hələ yanvar ayının 20-dək prezident Barak Obamadır", - səfir deyib.

Səfir potensial qalib barədə heç bir şərh verməyib və nəticələri müşahidə etməyi məsləhət görüb.

"ABŞ-da seçkilər bu ölkənin gələcəyi ilə bağlı insanlar arasında keçirilən debatlardı" - Sekuta deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti