...

Tramp prezident seçilsə, ABŞ "təcrid siyasəti"nə qayıdacaqmı? - Səfirin cavabı

Siyasət Materials 9 Noyabr 2016 12:03 (UTC +04:00)
Dünyada seçki prosesinin gerçəkliyi bundan ibarətdir ki, namizədlər seçki öncəsi kampaniyada müxtəlif bəyanatlarla çıxış edirlər.
Tramp prezident seçilsə, ABŞ "təcrid siyasəti"nə qayıdacaqmı? - Səfirin cavabı

Bakı. İlhamə İsabalayeva - Trend:

"Dünyada seçki prosesinin gerçəkliyi bundan ibarətdir ki, namizədlər seçkiöncəsi kampaniyada müxtəlif bəyanatlarla çıxış edirlər. Amma onlar hakimiyyətə gəldikdən sonra yaranmış yeni vəziyyət, yeni faktorlar onları öz mövqelərində dəyişikliklər etməyə vadar edir. İndi istər Klinton, istərsə də Tramp seçiləcəkləri təqdirdə, onlar da öz gələcək xarici siyasətlərini planlaşdıracaqlar".

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Respublikaçılar Partiyasından ABŞ-da prezident seçkilərinə namizəd kimi qatılan Donald Trampın seçiləcəyi təqdirdə ABŞ-ın "təcrid" siyasətinə qayıdacağı ilə bağlı suala cavab verərkən deyib.

Seçki prosesinin hələ yekunlaşmadığını bir daha vurğulayan səfir bildirib ki, namizədlərdən heç biri öz mövqelərini qətiləşdirməyiblər:

"Keçid müddətində onlar bunu müəyyənləşdirməklə məşğul olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti