...

Aİ proqramı çərçivəsində Azərbaycan üzrə Milli Məsləhət Qrupunun 3-cü iclası keçirilib (FOTO)

Siyasət Materials 11 Noyabr 2016 10:14 (UTC +04:00)
Bakıda Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramı (PPRD East 2) çərçivəsində Azərbaycan üzrə Milli Məsləhət Qrupunun 3-cü iclası keçirilib.
Aİ proqramı çərçivəsində Azərbaycan üzrə Milli Məsləhət Qrupunun 3-cü iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramı (PPRD East 2) çərçivəsində Azərbaycan üzrə Milli Məsləhət Qrupunun 3-cü iclası keçirilib.

İclasda Azərbaycan Fovqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Təhsil Nazirlikləri, Milli Məclis, Dovlət Sərhəd Xidməti, Dovlət Gomruk Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində olan Respublika Seysmoloji Xidmət Mərkəzi və Coğrafiya İnstitutu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Trend Xəbər Agentliyindən olan milli maraqlı tərəflər və UNİCEF-in numayəndələri, Azərbaycandakı Fransa Səfirliyi və Aİ Numayəndiliyi iştirak ediblər.

İclasın məqsədi maraqlı tərəfləri 2016-cı ildə əldə olunan nailiyyətlər barədə məlumatlandırmaq və regionda, xususən Azərbaycanda PPRD East 2 Proqramı cərcivəsində həyata keciriləcək novbəti addımları və tədbirləri təqdim etmək, bu movzu uzrə muzakirələr aparmaq və umumi razılığa gəlməkdən ibarət idi. Daşqın risklərinin idarəedilməsi, fəlakət risklərinin qiymətləndirilməsi, mulki mudafiə sahəsində konulluluk, fəlakətlər barədə maarifləndirmə, ev sahibi olaraq gostərilən dəstək, mulki mudafiə sahəsində potensialın artırılması kimi movzular ətraflı muzakirə olunub.

Bunlar 1-3 mart 2016-cı il tarixlərində kecirilən Milli Məsləhət Qrupunun 2-ci iclasında fəlakət risklərinin idarəedilməsi uzrə milli maraqlı tərəflərin Azərbaycanda PPRD East 2 Proqramı cərcivəsində əlavə işin aparılması ucun secdiyi tematik movzulardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti