...

Aİ-də Azərbaycanla tərəfdaşlıq haqqında yeni saziş müzakirə olunacaq

Siyasət Materials 14 Noyabr 2016 12:07 (UTC +04:00)
Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə Azərbaycanla tərəfdaşlıq haqqında yeni sazişin hazırlanmasını müzakirə edəcəklər.
Aİ-də Azərbaycanla tərəfdaşlıq haqqında yeni saziş müzakirə olunacaq

Bakı. Səba Ağayeva - Trend:

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə Azərbaycanla tərəfdaşlıq haqqında yeni sazişin hazırlanmasını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, müzakirələr qurumun bu gün keçirilən iclasında “Şərq tərəfdaşlığı” haqqında aparılacaq danışıqlar çərçivəsində baş tutacaq.

Daha əvvəl Trend-ə verdiyi açıqlamasaında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdi ki, Azərbaycanla Aİ arasında yeni strateji tərəfdaşlıq sazişi barədə danışıqlar üçün mandat 2016-cı ilin sonunadək verilə bilər.

Aİ və Azərbaycan arasında tərəfdaşlıq sazişi 1999-cu ildə qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti