...

Aİ yaxın zamanlarda Azərbaycanla danışıqlara başlayacağına ümid edir (YENİLƏNİB)

Siyasət Materials 16 Noyabr 2016 12:05 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanlarda danışıqlara başlayacağına ümid edir.
Aİ yaxın zamanlarda Azərbaycanla danışıqlara başlayacağına ümid edir (YENİLƏNİB)

Bakı - Trend:

Avropa İttifaqı Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanlarda danışıqlara başlayacağına ümid edir.

Bu sözləri bu gün Trend-in sualını cavablandıran Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O deyib: "Bir çox sahələrə aid, eləcə də iqtisadiyyat, ticarət, ətraf mühit və digər sahələrə dair bizi çoxtərəfli danışıqlar gözləyir. Bu, bizim üçün çox vacibdir. Biz danışıqlara yaxın zamanlarda başlamağa ümid edirik, çünki hər iki tərəfin marağı olduğunu hiss edirik".

Daha sonra M.Mard qeyd edib ki, təcrübəli ekspertlərin daxil olduğu heyətlərin formalaşdırılması üçün zaman lazımdır: "Çünki belə bir heyət formalaşdırmadan, onların iştirakı olmadan ticarət, iqtisadiyyat və digər məslələri həll etmək mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti