...

Nazir: Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir(FOTO)

Siyasət Materials 16 Noyabr 2016 16:07 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb.
Nazir: Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir(FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Ölkəmizdə aparılan köklü-iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan E.Məmmədyarov, Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verib. Nazir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb.

Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Görüşdə həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə də toxunulub.

E.Məmmədyarov P.A.Ferreiranı ölkəmizə səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti