...

Elmar Məmmədyarov: ABŞ digər həmsədrlərlə birlikdə münaqişənin həlli üçün səylərini artırmalıdır

Siyasət Materials 22 Noyabr 2016 17:44 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov: ABŞ digər həmsədrlərlə birlikdə münaqişənin həlli üçün səylərini artırmalıdır

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, enerji, terrorizmə qarşı mübarizə, sülhməramlı əməliyyatlar və digər sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd olunub.

B.Brink Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş əsnasında çox faydalı müzakirələrin aparıldığını bildirib. O, ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. O deyib ki, ABŞ hökumət Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirir.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Status-kvonun qəbuledilməzliyini vurğulayan nazir ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyini diqqəti çəkib.

Nazir E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrindən söz açıb və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu deyib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti