...

Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu (FOTO)

Siyasət Materials 22 Noyabr 2016 23:04 (UTC +04:00)
“Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir birimizlə sevincimizi və kədərimizi bölüşürük”
Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu (FOTO)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir birimizlə sevincimizi və kədərimizi bölüşürük. Trend-in məlumatına görə bunu Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən “2-ci Türk Filmləri Həftəsi” açılış qalasında deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycanı bir birindən uzun illər ayırdılar: "Biz ürəyi bir atan, eyni ananın iki övladıyıq. İki ölkənin bir birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq".

Diplomat bildirib ki, iki ölkə arasında tarixi bağları dərinləşdirmək üçün mədəni əlaqələr daha sıx olmalıdır: "Bu festivalda Türk filmləri ilə bir daha tanış olmaq fürsətiniz olacaq. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti