...

Allahşükür Paşazadə ermənilərin katolikosu ilə görüşüb (ÖZƏL)

Siyasət Materials 23 Noyabr 2016 11:49 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə ermənilərin katolikosu II Qaregin arasında xoşməramlı görüş baş tutub.
Allahşükür Paşazadə ermənilərin katolikosu ilə görüşüb (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə "Müqəddəs Məsih" məbədində keçirilən təntənəli mərasim çərçivəsində kuluarlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə ermənilərin katolikosu II Qaregin arasında xoşməramlı görüş baş tutub.

Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə gələcəkdə də əvvəllər vasitəçilər vasitəsilə A.Paşazadə ilə II Qaregin arasında baş tutmuş görüşlərin davamlı olması niyyəti ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti