...

Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Siyasət Materials 23 Noyabr 2016 16:57 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embarkı qəbul edib.
Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embarkı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov A.Embarkı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.

E.Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti