...

FHN-nin təyyarəsi İsraildə 8 məntəqədə yanğını söndürüb

Siyasət Materials 26 Noyabr 2016 23:37 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi İsraildə 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb
FHN-nin təyyarəsi İsraildə 8 məntəqədə yanğını söndürüb

Bakı. Trend:

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi İsraildə 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib.

Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirmiş və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti