...

Azərbaycan və CAR arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 29 Noyabr 2016 14:30 (UTC +04:00)
Azərbaycan və Cənubi Afrika Respublikasının arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla CAR xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabanenin görüşü zamanı müzakirə olunub
Azərbaycan və CAR arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan və Cənubi Afrika Respublikasının (CAR) arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla CAR xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabanenin görüşü zamanı müzakirə olunub.

Trend-in məlumatına görə, bu sözləri E.Məmmədyarovu bu gün birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, tərəflər vergi, maliyyə, müdafə və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

E.Məmmədyarov deyib: “Azərbaycan Dövlət Neft Şirkəti də CAR-la əməkdaşlığa maraq nümayiş etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti