...

Kamran Nəbizadə: Tarif Şurasının qərarı israfçılığın qarşısını alacaq

Siyasət Materials 29 Noyabr 2016 21:13 (UTC +04:00)
Tarif Şurasının sonuncu qərarı ölkədə vətəndaşların elektrik enerjisi və təbii qazdan qənaətlə istifadəsinə yönəlib.
Kamran Nəbizadə: Tarif Şurasının qərarı israfçılığın qarşısını alacaq

Bakı. Samir Əli - Trend:

Tarif Şurasının sonuncu qərarı ölkədə vətəndaşların elektrik enerjisi və təbii qazdan qənaətlə istifadəsinə yönəlib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.

Onun sözlərinə görə, bu, həmçinin imkanlı təbəqənin aztəminatlı ailələrlə müqayisədə istifadə etdikləri elektrik enerjisi və qaza görə daha çox pul ödəməsi deməkdir:

"Əgər imkanlı şəxslər elektrik enerjisindən və qazdan çox istifadə edirsə, daha çox pul ödəməlidir. Hazırda israfçılıq çoxdur. Amma indi buna hədd qoyulub. Bu qərardan sonra xeyli qənaət olacaq. Hesablamalara görə, əhalinin 62 faizi göstərilən miqdardan az elektrik enerjisi və qaz istehlak edir. Həmin şəxslərə bu qərar heç bir təsir göstərməyəcək".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti