...

XİN: Azərbaycan-Rusiya münasibətləri iki ölkənin xalqları arasındakı dostluqla möhkəmlənib

Siyasət Materials 30 Noyabr 2016 14:17 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsi stabildir və iki ölkə xalqları arasında çoxillik dostluqla möhkəmlənib
XİN: Azərbaycan-Rusiya münasibətləri iki ölkənin xalqları arasındakı dostluqla möhkəmlənib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsi sabitdir və iki ölkə xalqları arasında çoxillik dostluqla möhkəmlənib.

Trend-in məlumatına görə, bu sözləri brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Moskvaya səfərlərini şərh edən M.Zaxarova iki ölkə arasında yüksək səviyyəli münasibətlərin əsasının dövlət başçıları tərəfindən qoyulduğunu deyib.

XİN nümayəndəsinin sözlərinə görə, bu cür səfərlər Bakı və Moskva arasında münasibətlərin səviyyəsini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti